Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi münasibəti ilə media işçilərinə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür. Möhtərəm Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əsası “Əkinçi” ilə qoyulan milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir. Milli mətbuatın yaranması Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri hesab edilir, çünki mətbuat cəmiyyətin maariflənməsi və inkişafında önəmli rola sahibdir. Bu baxımdan Gəncə Şəhər İcra Hkimiyyətinin mətbu orqanı olan “Gəncənin səsi” və “Новости Гянджи” qəzetləri də böyük əhəmiyyət kəsb edirlər.
Düşünürük ki, bu gün təkcə qələm sahiblərinin deyil, bütövlükdə cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır.
Öz işini vicdanla, dəqiq və qərəzsiz icra edən bütün media işçilərini təbrik edir, tezliklə Qarabağda qazanılan QƏLƏBƏ xəbərini verməyinizi arzulayırıq. Peşə bayramınız mübarək!