Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin əsgəri Əli Elşən oğlu Nağıyevin yas mərasimində iştrirak edib.
Mərasimdə Gəncə şəhər Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Müşfiq Cəfərov, hüquq-mühafizə orqanlarının, həmçinin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Niyazi Bayramov mərhum Əli Nağıyevin ailə üzvlərinə başsağlığı verib, Allahdan ona rəhmət diləyib.
Xatırladaq ki, iyunun 9-da DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.