Ağdam rayonunun işğal altında olan hissəsi azad edilidi və rayon Azərbaycana təhvil verildi.
ARB 24 TV-nin “Gündəm” verilişində qonaq olan Milli Məclisin deputatı Naqif Həmzəyev noyabrın 10-dan ölkəmizdə baş verən hadisələri şərh edib.
Qürurverici anları bizə yaşatdığına görə ölkə Prezidentinə təşəkkür edən millət vəkilı Naqif Həmzəyev bildirib ki, Ağdamın döyüş aparmadan işğaldan azad olunması, düşmən tərəfindən o torpaqların boşaldılması bizim 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz uğurların nəticəsində mümkün oldu.
Noyabr ayının 10-da imzalanan üçtərəfli bəyənat düşmənin məğlubiyyətinin təsdiqi olduğunu qeyd edən millət vəkili tezliklə Kəlbəcərin də, Laçın rayonunun bir güllə belə atılmadan da işğaldan azad ediləcəyini, qısa müddətdə bu torpaqların 30 il əvvəlki həyatı bərpa ediləcək.