Dövlət İmtahan Mərkəzinin Gəncə Bölmələrində 2017-ci ildə keçirilən imtahanlarda xüsusilə fərqlənmiş nəzarətçi-müəllimlərin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.
Regional Bölmələr arasında videobağlantı vasitəsilə əlaqə yaradılıb və DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək imtahanların obyektiv və qaydalara uyğun keçirilməsində zal nəzarətçilərinin rolundan, üzərlərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib.
Dövlət İmtahan Mərkəzinin Gəncə Bölməsinin rəhbəri Nəsimi Məmmədov Nizami yurdunda imtahanlarda fəal iştirak etmiş nəzarətçi-müəllimlərə “Fəxri Fərman” təqdim edib.
Qeyd edək ki, Gəncə şəhəri üzrə 308, Lənkəran şəhəri üzrə 183, Şəki şəhəri üzrə 179, Xaçmaz şəhəri üzrə 115, Göyçay şəhəri üzrə 88, Bərdə şəhəri üzrə 23, Naxçıvan şəhəri üzrə 61, Şirvan şəhəri üzrə 50 nəzarətçi-müəllimə indiyə qədər keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə təşəkkür elan edilib.