Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva libretto yazıb.
Professor librettonu Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin «İntizar» operası üçün qələmə alıb.
Librettosu professor Nərgiz Paşayevaya məxsus olan operanın nümayişi “20 Yanvar” faciəsinin 25-ci ildönümünə həsr edilən tədbirlər çərçivəsində baş tutacaq.
“İntizar” operası yanvarın 17-də Akademik Opera və Balet Teatrında nümayiş olunacaq.
azvision.az