Gəncə Musiqi Kollecində QİÇS-lə Ümumdünya mübarizə günü ilə bağlı qanvermə aksiyası keçirilib. Kollecin müəllim və tələbələri könüllü olaraq qana ehtiyacı olan talassemiyalı və hemofiliyalı xəstələrə yardım etmək üçün bu humanist aksiyaya qoşulublar. Qanvermə aksiyası zamanı Mərkəzi Qan Bankının Gəncə filialının həkim-hemotoloqları əvvəlcə hər bir donordan qan analizi götürülərək, sağlamlığı müəyyən edilib, səhhətində problemi olmayan donorlardan qan götürülüb.
Mərkəzi Qan Bankının Gəncə filialının baş həkimi Tahirə Məmmədova: “Yığılan qan ehtiyatı yekun olaraq yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq”
Aksiyada iştirak edən Kolecin müəllim və tələbələri qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və vətəndaşlıq borcu olduğunu bildiriblər.
Hicran Məmmədova