UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirmək üçün Azərbaycan milli komandası Lüksemburqa gedib.
“Report” AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanı hava limanında bir qrup azarkeş qarşılayıb. Onlar komandaya uğurlar arzulayıb.
Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Lüksemburq – Azərbaycan oyunu noyabrın Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.