YAP Gəncə şəhər təşkilatında Azərbaycanın dövlətçilik tarixini şərəfləndirən gün 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ziyalılar, müharibə veteranları, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatı ideoloji şöbənin baş məsləhətçisi, dosent Hüseyn Budaqov tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün kimi daxil olduğunu qeyd edib. Hüseyn Budaqov bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü siyasi hadisə kimi daxil olub. Hüseyn Budaqov ümummilli liderin müdrikcəsinə söylədiyi “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz” sözlərinin xatırladaraq vurğulayıb ki, bu gün ölkə Prezidenti İlham Əliyev ulu öndərin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.
Gəncə Dövlət Universiteti Tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov çıxış edərək, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsinin XX əsrin böyük siyasi xadimi, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlı olduğunu bilirib.
“Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi, sözün əsl mənasında, böyük siyasi qayıdış idi. Onun xilaskar missiya ilə gəlişi dövlətçilik tariximizə daha bir şanlı səhifə yazdı və 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu”-Azərbaycan Texnologiya Universitetinin baş müəllimi Şahmar Həsənov bildirib.
YAP Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyası ərazi ilk partiya təşkilatının sədri Məhərrəm Qafarov çıxış edərək, ulu öndərin adının xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrildiyini qeyd edib.
Böyük Vətən müharibəsinin veteranı Tofiq Hüseynov, ulu öndər Heydər Əliyevin nadir tarixi şəxsiyyət olmağından, Azərbaycan xalqının və dövlətinin həyatında oynadığı xilaskarlıq missiyasından danışıb.
Çıxışlarda qeyd olunub ki, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq siyasi nüfuzu sayəsində daha böyük uğurlara, yeni-yeni zirvələrə doğru inamla addımlayır.Sonda Heydər Əliyevin şəxsiyyət fenomenliyini əks etdirən videoçarx nümayiş olunub.