Millət vəkili Pərvin Kərimzadə Gəncə şəhər 10 saylı körpələr evi-uşaq bağçasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunan bayram şənliyində iştirak edib.
yenigence.com xəbər verir ki, bayram münasibətilə balaca fidanları təbrik edən millət vəkili gələcəyimiz olan uşaqlara cansağlığı, xoşbəxt həyat, sevinc dolu günlər və Vətənə layiqli övlad olmalarını arzulayıb.
Əsl bayram ovqatına köklənən Yeni il şənliyində maraqlı musiqili-bədii proqramla çıxış edən uşaqlar mahnı və şeirlər səsləndirib, Şaxta baba və Qar qızla birlikdə yolkanın ətrafında rəqslər ifa ediblər. Şənlikdə iştirak edən qonaqlar da uşaqlara qoşulub onların sevincinə şərik olublar.
Səhnəciklər, oyunlar və viktorinalarda həvəslə iştirak edən balacalar bayram sevincini qonaqlarla bölüşüblər.