Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev Gəncədə vətəndaşları qəbul edib. Musa Quliyev qəbula gələn vətəndaşları, qazi və şəhid ailələrini ayrı-ayrılıqda qəbul edərək onları narahat edən məsələləri dinləyib. Vətəndaşlar əsasən sosial şəraitin yaxşılaşdırılması, tibbi ehtiyyacların təmin edilməsi, işlə təminat kimi məsələlərlə müraciət ediblər. Səsləndirilən fikirlərin bəziləri yerindəcə öz həllini tapıb. Digər məsələlərin həlli ilə bağlı, aidiyyatı qurumlara çatdırılması üçün qeydlər götürülüb. Millət vəkili vətəndaşları narahat edən problemlərin aradan qaldırılması üçün daim hazır olduqlarını dilə gətirib. Musa Quliyev qəbula gələn vətəndaşlara, sağlamlıqlarına diqqət etməyi və koronavirusla mübarizədə pandemiya qaydalarına əməl etməyin vacibliyini vurğulayıb. Səmimi qəbul vətəndaşlar tərəfindən yüksək qarşılanıb.