“Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir. Nizami yaradıcılığı bütün dünyada sevilir. Bu gün şairin əlyazmaları dünyanın bir çox kitabxanalarında və arxivlərində saxlanılır. Nizami yaradıcılığı yüksək sənətkarlıq, ədalət, xeyirxahlıq düşüncələri ilə seçilir. Hələ orta əsrlərdə – Renessans dövründə bir çox Avropa ədibləri Nizaminin əsərlərinə müraciət edib”.
Mehriban Əliyeva
Azərbaycan Respublikasının birinci vitse-prezidenti
Bu gün dünya arenasında Azərbaycan nizamişünaslığının nüfuzu, miqyası memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan qüdrətli Azərbaycanla və Onun yolunu ləyaqətlə davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin Nizami Gəncəvi irsinə verdiyi dəyərlə, diqqətlə ölçülür. Tarixin heç bir dövründə Azərbaycan nizamişünaslığı, Nizami irsinin tədqiq milli kolorit kontekstində bu gün yetişdiyi inkişaf səviyyəsinə, istiqamətlərinə çata bilməmişdir ki, bu inkişaf konsepsiyası da məhz ulu öndər Heydər Əliyevin Nizami Gəncəvi irsinə bəslədiyi strateji yanaşmanın, milli münasibətin təməl prinsiplərinə əsaslanmaqla möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 2000-ci ilin mayında təsisçisi və qurucusu olduğu bugünkü Nizami Gəncəvi Məqbərəsini ziyarət edərkən söyləyirdi:“Nizami Gəncəvinin məqbərəsini qorumaq bizim müqəddəs vəzifəmizdir.Siz də bunu etməlisiniz, biz də etməliyik”. “Gələcək nəsillər bu məqbərəni bundan da gözəl edəcəklər. Mənim buna şübhəm yoxdur”. Ulu Öndərin Nizami Gəncəvi ruhaniyyətindəki qüdsiyyətə əsaslanan müqəddəs vəzifə anlayışını, gələcək nəsillər vəsiyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs ata vəsiyyəti kimi təkrarolunmaz səviyyədə həyata keçirdi. Ölkə Rəhbəri nəinki, dahi mütəfəkkirin məqbərəsini və ətrafda yerləşən 35 hektar ərazini abadlaşdırdı, eyni zamanda Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezideni Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2014-ci ildə Nizami Gəncəvi Məqbərəsinin qarşısında ən müasir tələblərə cavab verən Nizami Gəncəvi Muzeyi inşa edilərək dahi mütəfəkkirin dünya kitabxanalarından, muzeylərindən gətirilən əlyazmaları ilə zənginləşdirilib, ziyarətçilərin istifadəsinə verildi.
Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu ilk növbədə Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının praktik həyatda tətbiq edilməsi, gələcək nəsillərə ötürülməsi, həmçinin Azərbaycanın beynəlxalq aləmdə təbliğ edilərək, yaxından tanıdılması istiqamətində xidmətləri əvəzsizdir. Onun rəhbərlik etdiyi fond Ulu Öndərimizin siyasi məfkurəsinin həmişəyaşar səciyyə daşıdığını əks etdirmək, Azərbaycançılıq fəlsəfəsini, milli dövlətçilik ideyalarını yeni nəsillərə çatdırmaq məqsədi ilə yaradılmış olsa da, Mehriban xanımın bacarığı, uzaqgörənliyi nəticəsində Heydər Əliyev Fondu ölkəmiz, xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən bir çox digər işlər də görməyi qarşısına məqsəd qoymaqla fəaliyyət dairəsini daha da genişləndirmişdir.
“Gəncə qədim mədəniyyət mərkəzidir. Bütün dövrlərdə Gəncə incəsənət, mədəniyyət, memarlıq sənəti ilə tanınıb. Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaradan görkəmli nümayəndələri bizim milli sərvətimizdir. Ona görə Gəncədə olmaq mənim üçün hər zaman çox xoşdur və çox sevinirəm ki, yenidən sizinlə görüşürəm”-deyən Mehriban Əliyevanın Azərbaycan naminə gördüyü işlərinin içində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyəti, yaradıcılığı mühüm yer tutr.
Mehriban xanım Əliyevanın Nizami Gəncəvi sevgisi tarixi ardıcıllıqla ulu əcdadlarından, şəcərəsindən, yaşadığı müqəddəs ailə ocağından qaynaqlandığı kimi, eyni zamanda öz ruhunda taxt qurmuş sarsılmaz milli məfkurəyə əsaslanan azərbaycançılıq ideyasına əsaslanır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Nizami Gəncəvi irsinə diqqət və məhəbbətini Gəncənin Azərbaycan tarixində oynadığı rol kontekstində öyrənmək və dəyərləndirmək lazımdır. O, Gəncəyə təkcə Nizami Gəncəvinin vətəni kimi deyil, ümumən Azərbaycanın döyünən ürəyi kimi baxır və qiymətləndirir.
Mehriban xanım Əliyevanın 44 Günlük Vətən Müharibəsində ermənistanın Gəncədə törətdiyi terror aktı ilə bağlı dünyaya ünvanladığı paylaşımında Gəncə ilə bağlı səsləndirdiyi müdrik, dahiyanə fikirlər Gəncənin Türk dünyasında, müsəlman aləmində oynadığı rolun, tarixi və müasir əhəmiyyətini əks etdirir: “Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq. Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə – Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil. Gəncə – qədim dövlətçiliyimizin beşiyidir. Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir! Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir. Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”.
Millətin milli kimliyinin göstəricilərindən olan dahi şəxsiyyətlərin tanıdılması, unudulmaması, saxta dəlillərlə onlara sahiblənmək xülyalarının alt-üst edilməsi yolunda fədakar fəaliyyəti ilə öndə olan Ümummilli lider Heydər Əliyev Nizami Gəncəvi fenomeninə çox böyük önəm verərək deyirdi: ”Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”.
Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti boyu Nizami Gəncəvini Azərbaycan xalqının dahi övladı olaraq bütün dünyada təbliğinə çalışırdı.
Bu ənənəni davam etdirən ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə bu gün dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidələri dünyanın ən böyük şəhərlərini, park və meydanlarını bəzəyir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin Azərbaycanda və dünyada təbliğ və tədqiq edilməsi edilməsi istiqamətindəki tarixi fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilib, mükafatlandırılb. Xüsusilə vurğulamaq lazımdır ki, 2018-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri tərəfindən Mehriban xanım Əliyevanın Nizami Gəncəvi adına “Qızıl medal” ilə təltif edilməsi dövlətimizin onun bu sahədəki fəaliyyətinə verdiyi ən böyük dəyərlərdəndir.
Əlimuxtar Muxtarov,
AMEA Gəncə Böməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, Filologiya üzrə fəlsəfə doktoru