“Mars Academy” MMC Gəncə filialının növbəti məzunları öz final layihələri ilə müəllim və valideynlər qarşısında çıxış ediblər.
Məzunların robotlara yazdıqları bir-birindən maraqlı proqramlar tədbir iştirakçılarına nümayiş etdirilib. Tədbirdə iştirak edən valideynlər bu yeni sahənin övladlarının inkişafı üçün önəmli olduğunu və gələcək həyatlarında mühüm rol oynayacağını vurğulayıblar. Onlar kursda keçirilən dərslərdən razı qaldıqlarını, robotiks və proqramlaşdırma kurslarını davam etdirəcəklərini bildiriblər.
Sonda məzunlar sertifikatla təltif olunublar.