“Naftalanın istər tərkibinin, onun tərkibində olan fraqmentlərin, onun insan orqanizmində təsiri, bu və ya digər xəstəliklərdə onun əhəmiyyətini öyrənmək üçün molekular bialogiya səviyəsində tətqiqatlar aparılmalıdır. Bu konfransın digər bir məqsədi də Naftalanın dünyadan gəlmiş bu və ya digər mütəxəsislərə tanıtmaq, hansı xəstəliklərdə istifadə olunmasını bir daha dəqiqləşdirmək və gələcəkdə bu ölkələrdən Naftalana, ölkəmizə tibbi turizmi təşkil etməkdir”.
Bunu AMEA-nın Bialogiya və Tibb Elmləri Bölməsinin akademiki-katibi, akademik Əhliman Əmiraslanov bildirib. Akademik “Naftalan – 2018” Mültidisiplinar Beynəlxalq Elmi-Praktik Konfrası zamanı elimizin əvəzsiz sərvəti möcüzəli naftalanla bağlı fikirlərini yenigence.com-la bölüşüb.
Qeyd edək ki, Azərbaycanla yanaşı Gürcüstan, Çexiya və Qazaxstandan gələn elm adamları Naftalan neftinin yenidən tədqiqini müzakirə etmək üçün bir araya gəliblər.