Bu gün Gəncə şəhərinin bütün ümumtəhsil məktəblərində ilk dərslər 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Müəllimlər erməni qaniçənlərin tarixən xalqımızın başına gətirdiyi dəhşətli faciələr və həyata keçirdikləri soyqırım barədə şagirdlərə geniş məlumat verib.Bildiriblər ki, ermənilər tərəfindən həyata keçirilən 31 Mart soyqırımı bəşər tarixində baş verən ən qanlı faciələrdən biri kimi tarixə düşüb. Bu gün onların törətdikləri vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması üçün bütün vasitələrdən istifadə olunduğu və bu işdə gənclərin üzərinə böyük məsuliyyət düşdüyü diqqətə çatdırılıb.
Sonra “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbirlər keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.
Hicran Məmmədova