Heydər Əliyev Park-Kompleksindəki amfiteatrda təşkil olunan konsert proqramında 11-ci sinif şagirdləri bir-birindən maraqlı çıxışlar ediblər.
Onların ifasında Azərbaycanın milli rəqsləri, bəstəkar və xalq mahnıları, o cümlədən xarici musiqilər təqdim olunub. Səhnədə Azərbaycanın üç rəngli dövlət rəmzi dalğalandırılıb.
Tədbirdə həmçinin 2017-2018-ci tədris ili müddətində Respublika üzrə keçirilən müxətlif müsabiqələr və fənn olimpiadalarında yer tutan, DİM tərəfindən keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan şagirdlər Fəxri Fərmanla təltif olunublar. Onların bəzilərinə notebook, digərlərinə isə qiymətli xatirə hədiyyələri təqdim edilib.