“Mən əfsanəyəm” (I am Legend) filminin davamı çəkiləcək.

AZƏRTAC NTV-yə istinadla xəbər verir ki, məşhur aktyor Uill Smitin baş rolda oynadığı 2007-ci il istehsalı filmin növbəti hissəsi “Westbrook Media” şirkəti tərəfindən hazırlanacaq. Xatırladaq ki, sonuncu “Oskar” mərasimində Uill Smit səhnəyə çıxaraq həyat yoldaşı haqqında yersiz zarafat edən aparıcı Kris Roku sillə ilə vurmuşdu.