Aprelin 7-də Gəncə Dövlət Universitetində “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə millət vəkili Pərvin Kərimzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbənin müdiri Həsən Məmmədov, Gəncə Dövlət Universitenin prorektoru Gülsüm Fətəliyeva və tələbələr iştirak ediblər.
Çıxışlarda bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib.Məişət zorakılığının subyektləri, cəmiyyətdə və məişətdə qadın zorakılığı, zorakılığın formaları, erkən və məcburi nikah barədə ətraflı məlumat verilib. Bildirilib ki, məişət zorakılığına məruz qalanlar əsasən, qadın və uşaqlardır. Bu gün dünyanın ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik və dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir.