Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver” layihəsi Bakı şəhəri ilə yanaşı, həm də Gəncə şəhərində baş tutdu. Qeyd edək ki, layihə çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlimlər, görüşlər və ustad dərsləri keçirildi.
Növbəti təlim və görüşlər Gəncə şəhərində Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov, Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev o cümlədən, Azərbaycan Texnologiya Universitetinin Dizayn Kafedrasının müəllimi Mobil Qarayev, “BookZone” Gəncə Kitab Evinin icraçı direktoru Mahir Hüseynov, ADAU İnnovasiyalar Mərkəzinin direktoru Elvin Ağayev, alpinist Turan Əhmədov, rəssam Mirzə Mehdi, bədii ağac işləmə üzrə rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Saləddin Məhərrəmov tərəfindən keçirilib. Təlimlərin mövzuları “Zirvələri necə fəth etməli”, “Danışan kuklalar”, “Milli vokal məktəbi ənənələri”, “Flashmob necə qurulmalı”, “Sən də oxu!”, “Teatr işinin təşkili”, “Startup mədəniyyətinin formalaşması”, “Qeyri-adi bucaq baxışı və yanaşma tərzi”, “Lal ağacların danışması” mövzularında olub.
Bildirək ki, layihənin keçirilməsində məqsəd könüllülərin və yaradıcı gənclərin iştirakı ilə mənəvi irsimizi gələcək nəsillərə çatdırmaq, mədəniyyətimizin inkişafı və təbliği istiqamətində müxtəlif yönlü ictimai fəaliyyət göstərməkdən ibarətdir. Bu silsilə tədbirlər gənclərin maariflənməsinə xidmət edəcik. Layihə çərçivəsidə fərqli sahələrin peşəkarları ilə görüşlər, könüllülüyün inkişafına xidmət göstərən təlimlər təşkil olundu.