AYOL Litva Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə aprel ayının 9-da 6 nəfərdən ibarət litvalı fəal gənc Azərbaycana gəlib. Səfər çərçivəsində gənclər bu gün Gəncə şəhərində qonaq olublar. Gəncənin tarixi mədəniyyət abidələri, zəngin mətbəxi ilə tanış olan əcnəbilər YAP Gəncə şəhər Təşkilatının kollektivi ilə də görüşüblər. Qərargahda qonaqları qarşılayan Təşkilatın sədri Naqif Həmzəyev YAP Gəncə şəhər Təşkilatının fəaliyyəti və partiyanın tarixindən məlumat verib. Sonra litvalı gənclər kollekivin üzvləri və iş şəraiti ilə tanış olublar.
Gəncə şəhərinin qədim mədəniyyət abidələrinə, müasirliyinə, yerli adət-ənənələrinə heyran qalan litvalı qonaqlar bu şəhərdə bir daha olmağı arzulayıblar və Qərargahda xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, Litva Azərbaycanlı Gənclər Təşkilatı Azərbaycan Respublikasının Litvadakı səfirliyinin dəstəyi ilə 26 iyun 2012-ci il tarixində Litva höküməti tərəfindən qeydiyyata alınıb. Təşkilatın yaradılmasında məqsəd azərbaycanlı və litvalı gənclər arasında dostluq körpüsü rolunu oynamaqla yanaşı, ölkəmizi Litva ictimaiyyətinə təqdim etməkdir.
Ötən iki il müddətində təşkilat ölkəmizin təbliği istiqamətində nəzərə çarpacaq addımlar atıb. Belə görüşlərin keçirilməsi iki ölkə gəncləri arasında qurulan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə imkan yaradır.