“Gənclər və mədəniyyətlərarası liderlik platforması daim sülh şəraitində yaşamağı təbliğ edir. Dünyamızı daha yaxşı etmək üçün görülən təşəbbüslər təqdirəlayiqdir”
Bunu Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyeva V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Gənclər sülh naminə: şiddətli ekstrimizmə qarşı əks qüvvənin formalaşdırılması – BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə müzakirə” adlı plenar sessiyada çıxışı zamanı deyib.
L.Əliyeva bildirib ki, gənclərin özlərinin çoxsaylı şəbəkələrinin yaradılması, bütün mümkün sərhədləri keçmək kimi bacarıq qabiliyyətləri var. Onun sözlərinə görə, təhsil sadəcə bilik, məlumat və bacarıqları peşəkar inkişaf üçün mənsimsəməklə tükənmir:
“Mənəvi təhsilin əldə olunması da vacibdir. Gəncləri doğru-düzgün təlim və tədirslə maarifləndirmək onların tam potensialının reallaşdırılması üçün çox vacib məqamdır. Çünki gənc insanların tez öyrənməsi və eləcə də məlumat əldə etməsi mühüm məsələdir”.