“Kəpəz” Topaz Premyer Liqanın 4-cü turunda qarşılaşacağı “İnter”lə oyunun hazırlıqlarını davam etdirir. Gəncə futbolçuları sentyabrın 9-da “İnter”lə qarşılaşacaq.
“Qaradağ Lökbatan”a qarşı yoxlama matçından sonra bir gün istirahət edən komanda üzvləri dünəndən yenidən bir araya gəliblər.
“Sarı-göylər” “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edirlər.