Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Gəncə təmsilçisi evdə Avstriyanın “Admira” klubunu sınağa çəkəcək. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan Şahin Diniyevin komandası həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Çexiyanın “Slovan” klubu ilə qarşılaşacaq.
20 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu
20:00. “Kəpəz” (Azərbaycan) – “Admira” (Avstriya)
İlk oyun – 0:1
Baş hakim: Vitali Meşkov
Köməkçi hakimlər: Valeri Dançenko və Maksim Qavrilin
Dördüncü referi: Mixail Vilkov (hamısı Rusiya)
Bakı. “Dalğa Arena”.