Gəncənin “Kəpəz” klubunun futbolçusu Yeqor Xvalko zədəsini sağaldıb.
yenigence.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İyirmi beş yaşlı mərkəz müdafiəçisinin müalicə prosesi başa çatıb.
Özünü yaxşı hiss edən oyunçu artıq komanda ilə məşqlərə də qoşulub.
Komandanın digər zədəli futbolçusu Elvin Yunuszadənin də müalicəsi yekunlaşıb. O, da fərdi halda məşqlərə başlayacaq.