I Divizionda yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirib. Gəncə klubu səfərdə “Turan Tovuz”la qarşılaşıb.
Qərb derbisi “sarı-göylər”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqlardan qolları ikinci hissədə Məhərrəm Hüseynov, Eltac Mirzəyev və Elcan Rəhimov vurub.