Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.
Belə ki, bu turda bir oyun baş tutub. “Kəpəz” Tovuzda “Neftçi”ni 1-0 hesabı ilə məğlub edib. Oyunun 50-ci dəqiqəsində Şevroni Mabatşoev hesabı açıb.
Qeyd edək ki, oyunun hakimləri Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov olub.