Azad Bayramov,
YAP Gəncə şəhər təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri, ADAU-nun İctimai fənlər kafedrasının müəllimi
Azərbaycan coğrafi cəhətdən elə bir əlverişli mövqedə yerləşib ki, hər bir bölgəsi ayrı-ayrılıqda maddi-mədəniyyət nümunəsidir. Azərbaycanın ən qədim tarixi vilayətlərindən biri Qarabağdır. Qarabağ torpağının hər zərrəsi doğmadır, müqəddəsdir.
Qarabağ ərazisində sayı 2000-dən artıq müxtəlif növ mədəniyyət abidəsi qeydə alınmışdır ki, bunların da əksəriyyətini epiqrafik abidələr təşkil edir. Azarbaycanın Şuşa, Ağdam,Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər və digər rayonlarıərazisindənvaxtilə xeyli miqdarda tikinti, qəbir va s. epiqrafikabidələri qeydə alınmış və tədqiq edilmişdir.
Torpalarımızın erməni quldurları tərəfindən işğal olunması ilə mədəniyyət abidələrimiz də vandalizmə məruz qalmışdır. Çox təəssüf ki, zamanında dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığınagöz yumdu və təcavüzkarın cilovlanması üçün heç bir əməli tədbir görmədi.Lakin Ali Baş Komandan, xalq, ordu birliyi bu tarixi ədaləti bərpa etdi. Bu birlik düşmənin layiqli cəzasını verərək, öz doğma torpaqlarımızı quldur caynağından xilas etdi.
Dövlət başçısı İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində düşmən 3 rayonu döyüşsüz vermək barədə kapitulyasiya sənədini imzaladı. İmzalanmış bəyanata, əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın Azərbaycana geri qaytarıldı.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız unudulmaz dastan yazdı. Bu tarixi Zəfər yurda dönüş idi. Bu zəfər mədəniyyət beşiyimiz olan Qarabağa dönüşün açarı idi. Bu zəfər isti bulaqların məkanı, maddi-mədəniyyət nümunələrimizin mövcud olduğu Kəlbəcərə dönüş idi… İşğalı xalqımız üçün böyük faciə olan Kəlbəcərin dönüşü tarixi hadisəyə çevrildi.Bəli, Kəlbəcərin dönüşü çevik siyasətin göstəricisi idi.
2021-ci il 25 noyabrda düşmən tapdağından qurtulan Kəlbəcər rayonu nadir faydalı qazıntılara malik olan yurd yerimizdir. Burada civə, qızıl, müxtəlif tərkibli metallar, mineral sular var. Kəlbəcərdə 400-dən artıq insan üçün xüsusi əhəmiyyəti olan bulaq mənbələri var.Kəlbəcər İstisuyu böyük müalicə əhəmiyyətinə malikdir.
Kəlbəcər rayonu qədim memarlıq abidələri ilə zəngin olan qədim diyardır. İstisu ətrafında Tunc dövrünə aid yaşayış məskəni, Yayıcı, Çormanlı, Qozlu (Xatırvənk məbədi), Bazarkənd, Həsənriz kəndlərində olan Alban məbədləri, 635-ci ilə aid Müqəddəs Yaqub kilsəsi, 1238-ci ilə aid Gəncəsər monastrı, 1668-ci ilə aid kilsə və XVII əsrə aid Uluxan qalası da Kəlbəcər ərazisində yerləşir.
Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub.Bədnam düşmən Kəlbəcərdə olan tarixi abidələrimizi dağıdıb, meşə ərazilərini yandırıb, təbii sərvətləri talan ediblər.
2021-ci il avqustun 16-da Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunu səfər edərkən erməni vəhşiliyini dünyanın nəzərinə çatdırdılar. Dövlət başçımız İlham Əliyev erməni separatçı-terrorçularının insanlığa vurduğu zərəri bir daha sübut etdi: “Bax, bunlar vəhşi ermənilərin əməlləridir. Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi Kəlbəcərin rifahı, inkişafı uğrunda bir sıra addımlar atılır.
Prezident İlham Əliyevin 2023-cü iliyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.