“Kəklikotu” filminin komandası imza günü üçün Gəncə şəhərinə gəlib.
“Cinemazadeh” studiyasının istehsalı olan film “Cinemplus” kinoteatrlarında yayımlanan gündən böyük tamaşaçı kütləsi toplayıb.
“Xəmsə” kinoteatrında baş tutacaq imza gününə isə ekran işinin rejissoru və aktyorları gedib. Onlar yolboyu şən əhval-ruhiyyələri ilə seçilib.
Qeyd edək ki, film fantastik-real hadisələr əsasında çəkilib. Meyvə-tərəvəz satmaq üçün paytaxta gələn dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar.
Sən demə, kisədə kəklikotu yox, narkotik maddə olan qurudulmuş marixuana imiş.
Dəyəri milyonlarla ölçülən bu “əmanətin” sahibindən yaxa qurtarmaq isə qəliz məsələdir.
Filmin ssenari müəllifləri Vüqar Huseynov və Talıb Əhmədov, rejissorları Cəfər Axundzadə və Vüqar İsmayılzadə, prodüser Tural Əsədov, baş redaktoru Xətai Əli, baş koordinatoru isə Zaur Darabzadədir.
Filmdə Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Əlixan Rəcəbov, Nigar Camal, Aqil M Quliyev, Kənan MM, Ceyhun Zeynalov, Samir Qulamov və digər tanınmışlar rol alıb.