Bu ilin iyul ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı mərkəzi”nə ümumilikdə 1632 müraciət daxil olub. Müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, qida zəhərlənmələri ilə bağlı Agentliyə 41 müraciət daxil olsa da, onlardan yalnız 14-ü öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
Həmin dövrdə daxil olan müraciətlərin 121-i işə qəbulla, 638-i isə digər xarakterli müraciətlərlə əlaqədar olub.