Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin 29 yanvar 2016-cı il tarixdə IV hesabat-seçki konfransı keçiriləcək.
Konfransda ölkənin yeganə milli siyasi qüvvəsi olan YAP-ın Gəncə şəhərində fəaliyyət göstərən gənclərinin ötən müddət ərzində gördüyü işlərə dair hesabatı dinləniləcək.
Konfrans Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının Qərargahında baş tutacaq.