Yeni Gəncə
  • Azərbaycan
    • Azərbaycan

      Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib

      18/02/201918/02/2019

      Azərbaycan

      Xocalı faciəsinə həsr olunmuş “Cəzasız cinayət” filminin təqdimatı…

      18/02/2019

      Azərbaycan

      Prezident Sumqayıtda polietilen zavodunun açılışında iştirak edib

      18/02/2019

      Azərbaycan

      “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi…

      18/02/2019

      Azərbaycan

      Qaradağlı faciəsindən 27 il ötür

      18/02/2019

  • Gəncə
    • Gəncə

      “Səndən ötrü min yol” layihəsi uğurla həyata keçirilib

      18/02/201918/02/2019

      Gəncə

      “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi yekunlaşıb

      18/02/2019

      Gəncə

      Daim yeniliklər axtarışında olan gənc müəllim – Samirə…

      18/02/201918/02/2019

      Gəncə

      “Gəncəçay” park-bulvar 3 yaşını qeyd edir – FOTO

      18/02/201918/02/2019

      Gəncə

      “Gələcəyə Körpü” GİB Tovuz Gənclər Evində seminarlar təşkil…

      18/02/201918/02/2019

  • YAP
    • YAP Xəbərləri

      YAP Gənclər Birliyinin nümayəndəsi Moskva Qurultayında

      15/02/2019

      YAP Xəbərləri

      YAP-da QHT nümayəndələri ilə görüş keçirilib

      13/02/201913/02/2019

      YAP Xəbərləri

      Əli Əhmədov: “Çalışacağıq ki, seçkidə fəal gənclər namizəd…

      08/02/2019

      YAP Xəbərləri

      Yeni Azərbaycan Partiyasında gənclərlə görüş keçirilib FOTO

      05/02/201905/02/2019

      YAP Xəbərləri

      Yeni Azərbaycan Partiyasında Azərbaycan Respublikası Milli Məclisində partiyanı…

      31/01/201931/01/2019

  • Siyasət
    • Siyasət

      Soçidə Rusiya, İran və Türkiyə prezidentlərinin Suriya üzrə…

      14/02/201914/02/2019

      Siyasət

      “Sarı jiletlər”in etiraz nümayişi davam edir

      09/02/201909/02/2019

      Siyasət

      Donald Tramp Kim Çen İn ilə yenidən görüşəcək

      09/02/201909/02/2019

      Siyasət

      İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib

      09/02/2019

      Siyasət

      Ötən il Azərbaycan Prezidenti 428 qanun, 617 fərman,…

      08/02/2019

  • Sosial
    • Sosial

      Oturaq həyatın dəhşətli fəsadı ortaya çıxdı

      18/02/2019

      Sosial

      Ən çox səfər edilən 10 ölkənin məşhur yerləri…

      12/02/2019

      Sosial

      Bakı MDB-nin ən romantik şəhərləri reytinqinin ilk beşliyində

      12/02/2019

      Sosial

      “Sarı jiletlər”in etiraz nümayişi davam edir

      09/02/201909/02/2019

      Sosial

      Yazın gəlişinin ilk müjdəçisi-Xıdır Nəbi bayramınız mübarək!

      09/02/201911/02/2019

  • İqtisadiyyat
    • İqtisadiyyat

      Əmlak Xidmətləri Məkanı regionları da əhatə edəcək

      12/02/2019

      İqtisadiyyat

      Azərbaycanda daha bir pullu yol çəkilir – 2021-ci…

      12/02/2019

      İqtisadiyyat

      Aqrar sahədə innovativ informasiyanın inkişaf istiqamətləri araşdırılıb

      08/02/2019

      İqtisadiyyat

      Yeni binada mənzil alanlar- çıxarışın mövcudluğunu onlayn öyrənin

      08/02/2019

      İqtisadiyyat

      Azərbaycan məhsulları “Fruit Logistica 2019” sərgisində

      06/02/2019

  • Mədəniyyət
    • Mədəniyyət

      Heydər Əliyev Mərkəzində nadir əsərlərindən ibarət sərgi açılıb

      18/02/2019

      Mədəniyyət

      Leyla Əliyeva “Zima-2019” beynəlxalq uşaq festivalında iştirak edib

      18/02/2019

      Mədəniyyət

      Yoxluğunda belə var olan insan – Sabir Hacıyev

      16/02/201916/02/2019

      Mədəniyyət

      AMEA Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Tədbirlər…

      06/02/201906/02/2019

      Mədəniyyət

      İrəvan Dövlət Dram Teatrı Gəncədə qastrol səfərində olub

      04/02/201904/02/2019

  • İdman
    • İdman

      UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start verilir

      12/02/2019

      İdman

      Şahmat üzrə Qran-Pri turnirinin vaxtı və keçiriləcəyi şəhərlərin…

      08/02/2019

      İdman

      Tehran Məmmədov ağır atletika üzrə Azərbaycan çempionu olub

      08/02/2019

      İdman

      “Formula 1” daha 3 il Azərbaycanda keçiriləcək

      05/02/2019

      İdman

      Güləş yığmamız İstanbulda 5 medal qazanıb

      04/02/2019

  • Müsahibə
    • Müsahibə

      İşə piyada gedib-gələn azərbaycanlı deputat – MÜSAHİBƏ

      11/02/201911/02/2019

      Müsahibə

      Gənc müəllim Nərmin Mehdiyevanın həyata baxışı-MÜSAHİBƏ

      26/01/2019

      Müsahibə

      Yüksəl Məmmədov: Gənclər siyasəti Gəncədə uğurla həyata keçirilir

      21/01/201921/01/2019

      Müsahibə

      Pərvin Kərimzadə: Ötən dövr ərzində Azərbaycan mühüm nailiyyətlər…

      20/12/201820/12/2018

      Müsahibə

      Naqif Həmzəyev: Azərbaycanda innovativ layihələr həyata keçirilir VİDEO

      17/12/201817/12/2018

İsmət və gözəllik simvolu-Azərbaycan kəlağayısı

müəllif Hicran Məmmədova 26/11/2018
müəllif Hicran Məmmədova 26/11/2018
İsmət və gözəllik simvolu-Azərbaycan kəlağayısı

Kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Qədimlərdən təmizliyin, halallığın və saflığın təcəssümü olan kəlağayı insanlar üçün hər zaman müqəddəs sayılmışdır. Kəlağayı onu örtənin başından üstdə dayanan, ağıldan, kamaldan, təsəvvürdən yuxarıda qərar tutan geyim kimi də müqəddəs hesab edilmişdir. Onu həmişə təmiz, səliqəli, toz qonmayan yerlərdə, boğçada, sandıqda saxlamışlar. Eyni zamanda bu qədim baş örtüyü qadının şərəf, namus, ismət rəmzi hesab olunmuşdur. Qadının başındakı kəlağayını çəkib almaq, tapdalamaq və ya oğurlamaq o ailənin namus-qeyrətinə toxunmağa bərabər sayılmışdır. Əgər qadın bir-biri ilə döyüşən kişilərin qarşısına baş örpəyini açıb atardısa, vuruşanlar o saat əl saxlar, döyüşü dayandırardılar. Kəlağayı qədim adətlərimizin də ayrılmaz tərkib hissəsi olmuş, öz rəngləri ilə xeyir, şər, səadət və bədbəxtlik barədə xəbərdaredici rol oynamışdır. Gəlin gətirilərkən başına ağ kəlağayı örtmək, gəlin arabasının qabağına ağ, soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq, hüzn, matəm günləri evlərin qarşısından qara kəlağayılar asmaq, niyyət baş tutduqda məscidlərə, ziyarətgahlara kəlağayı aparmaq, kasıblara, şikəstlərə kəlağayı pay vermək kimi adətlərimiz buna nümunədir.

Kəlağayı örtmə ilə əlaqədar da xalqımızın öz qayda-qanunları olmuşdur. Belə ki, gəlinlər ağ, gənc qızlar soğanı, ortayaşlı qadınlar zoğalı və innabı, ahıl və ağbirçəklər üçün isə tündrəngli kəlağayılar münasib sayılmışdır. Yas mərasimlərində isə yaşından asılı olmayaraq, bütün qadınlar qara kəlağayı örtmüşlər. Kəlağayı örtmək səhiyyə-sağlamlıq baxımından da xeyirlidir. Dumana, tüstüyə, toza və ya pis qoxuya rast gəldikdə qadın kəlağayısı ilə üzünü örtməklə bunların nəfəs yoluna daxil olmasının qarşısını alır.

Kəlağayıya el-oba arasında rəğbət bəslənməsinin səbəblərindən biri də onun çətin zəhmətlə hasil edilməsidir. Ata-baba ustadların dediklərinə görə, “kəlağayını ərsəyə gətirmək evə təzə gələn gəlinin nazını çəkməkdən ağırdır”. Çünki kəlağayının hazırlanması bir neçə mərhələdən keçməklə uzun zaman tələb edir. Birinci mərhələ kəlağayının sapının istehsalıdır. Kəlağayı üçün çox nazik ipək sap tələb olunur. Bir qram nazik sap 10-12 baramadan alınır. Əvvəlcə kəlağayılıq məhsul dəzgahda toxunur, daha sonra qayçı ilə 150-160 santimetr ölçüdə doğranır. Sonra onu soda qatılmış suda 20-30 dəqiqə qaynadırlar. Kəlağayını 2-3 dəfə soyuq suda yaxalayır, yüngülcə sıxır, asaraq qurudurlar. Qurutduqdan sonra naxışlama işi başlanır.­
Kəlağayını armud, qoz, cır alma ağacından hazırlanmış, üzəri böyük ustalıqla oyulmuş nəbati, həndəsi və kosmoqonik təsvirlərdən ibarət qəliblərlə naxışlayırlar. Burada, əsasən, basma naxış üsulundan istifadə olunur. Qəliblər naxışlarına görə müxtəlif adlarla adlandırılır. Bu naxışların içərisində “Günəş”, “simayi-şəms”, “haşiyə”, “şax”, “buta”, “mədahil”, “xarı bülbül”, “heyratı”, “xətayi”, “kəpənək”, “çobanyastığı”, “çiyələk” və “aypara” daha məşhurdur.
Kəlağayı naxışlandıqdan sonra onun boyanması işinə başlanılır. Bu iş “Küp damı” adlanan boyaqçılıq emalatxanasında görülür. Bu baş örtüyünün hazırlanmasında ən maraqlı faktlardan biri də istifadə olunan ipəkdən tutmuş boyağa qədər hər bir materialın təbii olmasıdır. Kəlağayıda istifadə olunan boyağı cır alma ağacının qabığından, sumaq, zirinc, zəfəran, qarağat, vələs, sarağan, narınc kimi bitkilərdən əldə edirlər. Sevindirici haldır ki, bu gün bəzi ucqar dağ kəndlərimizdə ata-baba üsulu ilə kəlağayı hazırlama hələ də unudulmayıb. Kəlağayı toxunan avtomat dəzgahlı sexlərdən fərqli olaraq, bu qədim üsulla hazırlanan kəlağayılar gec hasil olsa da, keyfiyyəti və gözəlliyi ilə digərlərindən müqayisəedilməz dərəcədə fərqlənir. Bir sözlə, əl əməyi ilə çalışan ustalar xüsusi emalatxanalarda çox bəsit alətlərdən istifadə etməklə keyfiyyətli və gözəl kəlağayılar hazırlayırlar.
Haqqında bəhs etdiyimiz bu zərif, incə görünüşlü kəlağayılar təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da məşhurlaşmış, xaricdən gələn turistlər tərəfindən rəğbətlə qarşılanmışdır. “Heyratı”, “Soğanı”, “İstiotu“, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar uzun zaman sərgilərdə, yarmarkalarda nümayiş etdirilmiş, insanların zövqünü oxşamışdır. Bu kəlağayılar sırasında basma naxışlı “Yeləni” və “Heyratı” kəlağayıları daha məşhurdur.
Qeyd edək ki, neçə-neçə xalq sənətinin təşəkkül tapdığı, formalaşdığı Naxçıvan torpağında da kəlağayılara xüsusi hörmət, ehtiram bəslənmişdir. Nənə və babalarımızın söylədiklərinə görə, bir zamanlar burada kəlağayıtoxuma mövcud olsa da, sonralar bu sənət sıradan çıxmış, unudulmuşdur. Lakin misilsiz Ordubad ipəyindən hazırlanan bu milli baş geyimimiz yaddaşlarda özünə əbədi bir yer qazanmışdır.
Kəlağayılarımız hər zaman naz-qəmzəli, şux yerişli Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr, müəmma qatmışdır. Bu kəlağayılarda şairlərin, aşıqların fəxrlə tərənnüm etdikləri utancaq və ürkək baxışlar, işvəkar təbəssümlər, qadın simasının gözəllik cizgiləri gizlənmişdir. Ancaq təəssüf hissi ilə bildirməliyik ki, kəlağayı bağlamaq adəti illər ötdükcə unudulmuş, müxtəlif ölkələrdən gətirilən növbənöv qadın baş geyimləri kəlağayılarımızı “əvəzləmişdir”. Bir zamanlar addımbaşı kəlağayılı qadınlara rast gəlinirdisə, bu gün artıq bu milli baş örtüyünə, demək olar ki, ancaq yaşlı qadınlarda və ya ucqar dağ kəndlərinin əhalisi arasında rast gəlmək olur.
Unutmayaq ki, milli xüsusiyyətlərimizin əsas daşıyıcılarından biri olan kəlağayımızdan uzaqlaşmağa, ona biganə yanaşmağa haqqımız yoxdur. Çünki onda nənələrimizin nəfəsi, doğmalıq hərarəti var. Məhz buna görə də kəlağayımız var olduqca bu nəfəs də duyulacaq, ruhumuz doğma hərarətdən qidalanacaqdır…
Milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğı göstərilən ölkə­mizdə kəlağayı sənətinin inkişafı da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Xatırladaq ki, kəlağayıdan başqa, Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

0
FacebookTwitterGoogle +

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində nadir əsərlərindən ibarət sərgi açılıb

18/02/2019

Leyla Əliyeva “Zima-2019” beynəlxalq uşaq festivalında iştirak edib

18/02/2019

Yoxluğunda belə var olan insan – Sabir Hacıyev

16/02/2019

AMEA Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Tədbirlər...

06/02/2019

İrəvan Dövlət Dram Teatrı Gəncədə qastrol səfərində olub

04/02/2019

İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı başa çatıb

31/01/2019

“Eurovision”da yarımfinalın püşkatma mərasimi keçirilib

29/01/2019

Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivala çıxdı

29/01/2019

“Eurovision 2019”da Azərbaycanı təmsil edəcək finalçıların adları bəlli...

28/01/2019

“Kaspi” qəzeti Nəsimiyə həsr edilmiş məqalə müsabiqəsi elan...

17/01/2019

Sosial şəbəkə

Facebook Google + Instagram Youtube

Son xəbərlər

  • “Səndən ötrü min yol” layihəsi uğurla həyata keçirilib

    18/02/2019
  • Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib

    18/02/2019
  • “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi yekunlaşıb

    18/02/2019
  • Daim yeniliklər axtarışında olan gənc müəllim – Samirə Cəfərova

    18/02/2019
  • Xocalı faciəsinə həsr olunmuş “Cəzasız cinayət” filminin təqdimatı olacaq

    18/02/2019

Haqqımızda

“Yeni Gəncə” qəzeti 1996-cı ildən fəaliyyət göstərir və ölkəmizin ictimai, siyasi, sosial və mədəni həyatında olan yenilikləri oxuculara çatdırır. Redaksiyamız Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir. “Qaynar Xətt” – (+994) 22 2563237

Facebook Twitter Google + Instagram Pinterest Youtube Snapchat

Ən son yazılar

  • “Səndən ötrü min yol” layihəsi uğurla həyata keçirilib
  • Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib
  • “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi yekunlaşıb
  • Daim yeniliklər axtarışında olan gənc müəllim – Samirə Cəfərova
  • Xocalı faciəsinə həsr olunmuş “Cəzasız cinayət” filminin təqdimatı olacaq

Redaktorun seçimi

  • “Səndən ötrü min yol” layihəsi uğurla həyata keçirilib

    18/02/2019
  • Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib

    18/02/2019
  • “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi yekunlaşıb

    18/02/2019
  • XƏBƏR LENTİ
  • Contact Information
  • Əlaqə
  • Gallery
  • Grid 2 Columns
  • Grid 3 Columns
  • Grid with Sidebar
  • Masonry 2 Columns
  • Masonry 3 Columns
  • Masonry with Sidebar
  • Page Full Width
  • Portfolio 2 Columns
  • Portfolio 3 Columns
  • Portfolio with Sidebar
  • Typography
  • Yeni Gəncə Qəzeti

Copyright YeniGence 2018