İslam dini dəyərlərinə dövlət tərəfindən daim dəstək və dəyər verilib

Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan Respublikasında din dövlətdən ayrı olsada inanc yerimiz İslam dinidir. Hər zamanda dinimizə dövlət tərəfindən dəstək və dəyər verilir.  Rəsmi rəqəmlərə görə, müsəlmanlar ölkə əhalisinin 93-96 % təşkil edirlər. Bununla belə, Azərbaycanda sekulyar (dünyəvi) prinsiplər üstünlük təşkil edir. Buna görə, yurddaşlarımızın böyük çoxluğu öz gündəlik həyatlarında İslam ehkamlarını tətbiq etmir və müsəlman təriqətlərinin arasındakı fərqlərə varmır.

Həm də, İslam dini Azərbaycanda təkcə ibadət ediləcək inanclar sistemi deyil, Azərbaycan xalqının mədəniyyətinin tərkib hissəsidir. İslam həmdə azərbaycanlıların çoxusunun milli düşüncəsidir. Lakin Ayrı-ayrı təriqətlərin təlimlərini qəbul etmiş azərbaycanlılar və xarici qüvvələrdə var ki, onlar dinimizə uyğun gəlməyən fikir və ideologiyaları cəmiyyətə aşılamaqdadırlar. Buna görə də Azərbaycan toplumunun böyük hissəsi yabançı təriqətlərin aktiv təbliğatına qarşı olmuşdur. Ölkə vətəndaşlarının çoxu bu təbliğatı anlamaq belə istəməmiş, ona uyanları isə qınamışlar. Bəlkə də elə həmin təriqətlərin aktivləşməsi əhalinin bu cür reaksiyasına gətirib çıxarmışdır. Yanaşmalarda bəlli problemlər və ziddiyətli baxışlar olsada azərbaycanlıların çoxu özlərini müsəlman sayaraq bu dini öz mədəniyyətlərinin bir parçası sayırlar. Yəni dini baxışlarını milli-mədəni dəyərlərindən ayrı hesab etmirlər.

Buradan da aydın olur ki, müasir dövrdə insanlığı tanıya bilmək üçün günümüzün ictimai dəyişikliklərini təhlil etdikdə yaranan problemlərin səbəblərini daha dərindən başa düşmək üçün din faktoruna daha çox diqqət yetirilməlidir. Çünki, bu gün müxtəlif ideologiyalar dinin daşıdığı missiyanı, vəzifəni əvəz etməyə çalışırlar. Əfsuslar olsun ki, bu gün ölkəmizdə də, məqsədyönlü şəkildə din pərdəsi altında müəyyən dini çağrışlar edilir və onun ətrafında toplaşan çahillər vardır. Onlara səslənərək bildirmək istəyirəm ki, sizlər əsil din yolunda gedənlər deyilsiz. Bu ortaya atılan fikirlər, kimlərsə tərəfindən irəli sürülmüş bu cəmiyyət modelləri, fərziyələr ideologiyaya çevrilməyən nəzəriyyələrdir. Bilin ki, bu sadəcə utopiyadır. Adından danışdığınız Böyük Dinlər isə hər zaman sivilizasiya prosesinin əsas hərəkətetdirici qüvvəsi kimi çıxış etmiş, cəmiyyətin və fərdin ruh aləmini, əxlaqi-mənəvi dəyərlərini formalaşdırmışdır. Görülən əməllər və hadisələn göstətir ki, yalnış din yolunda olanlar var və onlar əxlaqi-mənəvi dəyərləri pozurlar.

İnsanlıq tarixinə baxdıqda da, görürük ki, həqiqətən yaradılış qədər qədim olan din anlayışı, insan həyatı ilə iç içə və həyatın tamamını əhatə edən bir qurluşa sahibdir. Hətta onu da deyə bilərik ki, insanın dini anlayışı, sinfli bir cəmiyyət mövcud olmamışdan öncə ortaya çıxmış, inkişaf etmiş, daha mürəkkəbləşmiş və dünya dinlərinin ideologiyasında tamamlanmışdır. İslam dininə görə insan, ilk yaradılışıyla, tərtəmiz bir fitrət üzərədir. Kənar qüvvələrin təsirləridən tamami ilə uzaq, yaradanın ona verdiyi mükəmməl bir özəlliklə dünyaya gəlir. Sonunda ana və atası və ya cəmiyyət onu Müsəlman, Yahudi, Xristiyan və ya Məcusi edər. Göründüyü kimi hər bir insan, kənar təsirlərin yönləndirməsiylə həyatını şəkilləndirir.

Ümumiyyətlə din anlayışı, insan təbiətinə xas olan bütün fikirləri inkişaf etmiş formada əks etdirir. Xarici, təbii və sosial qüvvələr eləcə də  insanların əsil xüsusiyyətləri əks etdirən dini fikirlər onun maddi və mənəvi balansını təşkil edir. Bir sözlə din məncə insandan heç bir zaman ayrı olmayan, inancı özündə əksetdirən təlim və tərbiyyə sistemidir. Yəni Həzrət Əbdül-Bəhanında buyurduğu kimi,“Din – iman toplusu, adətlər yığını deyildir; din Allahın təlimidir, elə bir təlim ki, bəşər həyatının əsas təməlini təşkil edir, çünki o yüksək düşüncələr törədir, xasiyyəti təkmilləşdirir və insanın əbədi şərəfi üçün təməl qoyur”.

Həqiqətən bu gün dünyanın inkişaf tarixinə baxdıqda görürük ki, düşünə bildiyimiz hər formada, xasiyyətdə, imanda, fəlsəfədə və idealogiyada insan vardır. Formalaşmış xislətlərin hamısı isə hər bir insanın daxilində vardır. Bu da insanın hər növ dini təlqini almağa uyğun olmasını göstərir.

Gəlin unutmayaq ki, həqiqi mənada dinin sahibi və mənbəyi də əlbəttə ki, Uca Allahdır. Ancaq insan bilavasitə Allah-Təala ilə ünsiyyət etmə, onunla danışma qabiliyyətinə malik olmadığı üçün Allahın ona nəyi əmr edib, nəyi qadağan etdiyini bilməsi qeyri–mümkündür. Məhz bu səbəblə Uca Allah insanlarla özü arasında elçilik etmək üçün peyğəmbərlər göndərmişdir. Beləliklə də peyğəmbərlər vasitəsi ilə insanlara göndərilən ilahi əmr və hökmlərə “din” adı verilir.

İsmayıl İsmayılov,

Tarix üzrə fəlsəfə doktoru,

YAP Gəncə şəhər Təşkilatı, təşkilat şöbəsinin müdiri

Hicran Məmmədova :