Çinarə Səfərova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi
Bəşəriyyətin ən pis xəstəliyi baş verən müharibələrdirsə, soyqırım isə heç bir zaman sağalmayan yarasıdır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli sağalmayan yaralardan biri olan Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər.Xocalının azərbaycanlı əhalisi bir əsrdə bir neçe dəfə ermənilər tərəfindən qırğınlara məruz qalmışdır. Belə ki, Xocalı şəhəri və əhalisi 1905-ci ildə, sonra isə 1918-ci ildə yandırılaraq təcavüzə məruz qalmışdır.Təssüflər olsun ki,1992-ci ildə fevral ayındaXocalıda daha qanlı, daha dəhşətli faciə törədilmişdir.Xocalı faciəsi heç də təsadüfi hadisə deyil.Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərdən biri olaraq Xocalı şəhərini seçməsi, hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli ərazini aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi.Əslində, baş verən Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi.Ciddi strateji əhəmiyyət daşıyan Xocalı öz coğrafi mövqeyi ilə Dağlıq Qarabağda həm magistral yolun, həm də dəmir yolunun üstündə yerləşir. Dəmir yolu Xocalının içindən keçirdi, həmçinin hava limanı da burada idi. Ona görə də ermənilər Xocalının əhalisini öz yurd-yuvalarından didərgin salmağa, məhv etməyə və bu ərazini zəbt etməyə çalışırdılar. Qarabağı yalın əllə olsa belə, müdafiə edən, öz ata-baba yurdlarını qoruyan azərbaycanlıların iradəsini sındırmaq istəyirdilər.Terrorçuluq xisləti olan ermənilər Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra bu faciənin baş verməsi üçün plan hazırlamışdılar. Elə həmin vaxtdan da demək olar ki, Xocalı qətliamının əsası qoyuldu. 1991-ci ilin oktyabrında artıq şəhərin blokadası tam başa çatdırılmışdı. Çünki Xocalıya gedən bütün avtomobil yolları bağlandığından şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi. Bunu düşünülmüş şəkildə edən ermənilər qəsdən etmişdilər ki,şəhərdə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaransın. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu helikopter isə 1992-ci il yanvar ayının 28-də endi.Erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmış Xocalı fevralın ikinci yarısından başlayaraq hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Şəhərdə vəziyyət günü-gündən ağırlaşırdı. Ən pis hal da ölkə rəhbərliyidə olan şəxslərin Xocalının xilası üçün heç bir addım atmaması idi. Yaranmış vəziyyətdən faydalanmağa çalışan ermənilər isə Xocalını daha tez ələ keçirməyə səy göstərirdilər.XX əsrin faciəsi olan Xocalı soyqırımı əsl fitnəkar, cinayətkar,hiyləgər erməni siyasətinin nəticəsidir.Bu planlı hadisələrin nəticəsi olaraq bəşəriyyət tarixində 1992-ci il fevralın 25-dən 26-na keçən gecəDağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti, Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktını həyata keçirdi. Təəssüflər olsun ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə nəinki siyasi qiymət verməməklə yanaşı bu qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün belə heç bir real iş görməmişdir. Lakin bu qanlı faciəyə ilk dəfə olaraq Azərbaycan xalqının dahi oğlu, xilaskarı, ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində siyasi-hüquqi müstəvidə qiymət verilmişdir. Belə ki,1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı müvafiq Fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırımı günü kimi qeyd edilməyə başlandı. Bu gün isə Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət kursu, erməni qəsbkarlığının ifşası istiqamətində atılan uğurlu addımlar öz bəhrəsini verməkdədir. Xüsusilə Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır qanlı cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır. Azərbaycanın haqlı mövqeyini bütün dünyaya nümayiş etdirən ölkəmizin başçısı İlham Əliyev işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində atdığı siyasi fəaliyyəti ilə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olmuşdur. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” deyən Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir.
2020-ci il sentyabr ayının 27-də ordumuzun əks-hücum əməliyyatı ilə başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi, əslində, xalqımızın illərlə qəlbinə yığılmış, qalaqlanmış, düşmənə olan nifrətin, intiqam hissinin nəticəsi idi.Şanlı Vətən müharibəsinin başladığı tarixdən etibarən rəşadətli Azərbaycan Ordusu böyük məharətlə, hərbi səriştə və bacarıqla qısa müddət ərzində Qarabağda Dövlət Bayrağımızı ucaltmağa müvəffəq oldu. Düşmən işğalından azad edilən şəhərlərin, kəndlərin sevindirici xəbərini aldıqda hər bir azərbaycanlının qəlbi Xocalı və Şuşa şəhərlərinin azadlıq xəbərinin sorağına kökləndi. Bütün Xocalı sakinləri kimi Azərbaycan xalqı əmin idi ki, Ali Baş Komandanımızın rəhbərliyi, müzəffər Ordumuzun şücaəti ilə Xocalı şəhəri və Xankəndi düşmən işğalından azad olunacaq. Çünki Xocalı və Xankəndinin azadlığı digər torpaqlarımızla müqayisədə daha böyük mənəvi səciyyə və əhəmiyyət daşıyırdı. Təbiidir. Çünki bu illər ərzində Xocalı şəhəri xalqımız üçün sanki bir şəhər olmaqdan, yalnız torpaq məsələsi olmaqdan çıxmış, milli təəssübkeşlik və qeyrət rəmzinə çevrilmişdi. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.