“Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi İlon Maskın beyin çipləri istehsal edən “Neuralink” şirkəti insanlarda klinik sınaqlar üçün tənzimləyicidən icazə alıb.
yenigence.com xəbər verir ki, bu barədə məlumat şirkətin tviter səhifəsində yerləşdirilib.
“İnsan üzərində klinik sınaqlara başlamaq üçün FDA (Qida və dərman administrasiyası – Red) təsdiqini aldığımızı məmnuniyyətlə elan edirik!”-məlumatda vurğulanıb.
“Neuralink” qeyd edib ki, klinik sınaqlarda iştirakçıların işə qəbulu ilə bağlı məlumat yaxın vaxtlarda açıqlanacaq.