Bu gün mənim üçün çox əlamətdardır. İlk dəfədir ki, seçkilərdə iştirak edirəm. Çox qürurluyam, çünki bütöv Azərbaycanın vətəndaşı olaraq öz konstitusion hüquqlarımdan istifadə edirəm. Bizə bu gözəl hissləri yaşadan şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun qəhrəman hərbi qulluqçularına borcluyuq.
Bunu yenigence.com-a müsahibəsində ilk dəfə seçkilərdə iştirak edən Nurinc Məmmədzadə deyib.
“Mən Gəncə şəhərində qeydiyyatdayam. Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıram. Semestr imtahanlarımı uğurla başa vurdum və doğma Gəncəyə gəldim. Tarixi gündə Zəfər seçkilərində iştirak etdim. Xüsusi ilə qeyd etmək istəyirəm ki, işğaldan azad edilmiş ərazilərdə, xüsusilə də Xankəndi şəhərində seçki məntəqələrinin qurulması hər bir azərbaycanlı kimi mənim də, mənim dostlarımın, həmyaşıdlarımın qəlbini fərəh hissi ilə doldurur. Mən bütün gəncləri prezident seçkilərində fəal olmağa və layiqli namizədə səs verməyə çağırıram.”, – deyə Nurinc Məmmədzadə bildirib.