Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Qarabağın baş tacı, tarixin sınaqlarından üzü ağ çıxmış mədəniyyət mərkəzimiz olan Şuşayenidən dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media sahəsi üzrə nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi. Belə ki, 2024-cü il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən bu forum gələcəkdə dəregionda və Azərbaycanda baş verən hadisələri dəqiqliklə beynəlxalq ictimaiyyətə təqdim etməkdə mühüm rol oynayacaqdır.
Forumda iştirak edən cənab Prezident İlham Əliyev “Euronews” televiziya kanalının aparıcısı və prodüseriRebekka Maklaflin-İsthamın və digər bir çox televiziya nümayəndələrinin suallarını cavablandırmışdır.
Dövlətimizin başçısı cənab İlham Əliyev Şuşa Qlobal Media Forumunun mövzusuna uyğun olaraq, çox önəmli məsələləri dünyanın nəzərinə çatdırmışdır. Cənab İlham Əliyev çıxışında diqqəti dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda reallıqlara qərəzli yanaşmalara yönəltdi. O, çıxışı zamanı vurğuladı ki, regionda və Azərbaycanda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılmalı və bu işdə media məsuliyyətli olmalıdır. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir.Prezidentimiz mediada əks olunan və dünyaya təqdim edilən reallıqdan kənar, yalan məlumatlardan dolayı Azərbaycanın üzləşdiyi sanksiyalardan da bəhs etmişdir: “Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır”.
Forum media sahəsində qurulan körpülərin daha da möhkəmləndirilməsinin zəruri olduğunu isbat etdi. Beləliklə, 2-ci Şuşa Qlobal Forumu mühüm çağırışlar və mesajlarla zəngin olmaqla, dünya mediasının diqqət mərkəzindədir.