“ƏHSƏN” Yaradıcı Təşəbbüslər Mərkəzi və Xəzər Media Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli tarzən, Azərbaycan SSR-in əməkdar artisti Əhsən Dadaşovun 100 illik yubileyinə həsr olunmuş xalq çalğı alətləri ansambllarının Televiziya Müsabiqəsi keçirilib.
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Sahil Quliyevin rəhbərlik etdiyi “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı da Televiziya Müsabiqısində iştirak ediblər. Layihənin yekununda “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı 3-cü yerə sahib olaraq mükafatlandırılıblar.
Qeyd edək ki, “ƏHSƏN” Televiziya Müsabiqəsində iştirakla bağlı həm Azərbaycandan, həm də ölkə hüdudlarından kənar 45-ə yaxın müraciət daxil olub. Onların arasından 15 ansambl müsabiqə proqramında yarışmaq hüququ qazanıb.


