Təhsilin keyfiyyətini daha da artırmaq, dəyişən, çevik iqtisadiyyata uyğun kadrlar hazırlamaq, tələbələr arasında sağlam rəqabət yaratmaq məqsədilə yaradılan “SABAH” qrupuna keçirilən imtahanlarda Gəncə Dövlət Universitetinin 110 tələbəsi biliklərini sınayıb.Onlardan 11 nəfəri yüksək nəticə əldə edərək “SABAH” qrupunun tələbəsi adına layiq görülüblər. Yeni tədris ilindən Tamerlan Ələkbərov Azərbaycan İqtisadiyyat Universitetində ,Aynur Seyidova, Orxan Həsənli, Şahgəldi Quluyev, Aynurə Nəhmədova Azərbaycan Dillər Universitetində, Gülarə Kərimova, Yusif Nəcəfov, Darçın Ələkbərova, Bayaz Həsənova, Mehriban Əmiraslanova Bakı Dövlət Universitetində təhsillərini II kursdan davam etdirəcəklər.
Hicran Məmmədova