Gəncə Dövlət Universitetində (GDU) “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə GDU-nun Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev və yuxarı kurs tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva ali təhsil müəssisələrində dövlət qulluğunun üstünlükləri ilə bağlı aparılan maarifləndirmə işinin əhəmiyyətindən danışıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Elnur Abbasov, DİM Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədov, regional bölmənin böyük məsləhətçisi Sərxan Ağayev dövlət qulluğuna qəbul qaydaları, test imtahanı, müsahibə mərhələləri, vakant vəzifələrin tutulmasının ümumi şərtləri, dövlət qulluğuna dair elektron xidmətlər barədə tələbələrə ətraflı məlumat veriblər.
Sonda dövlət qulluğuna qəbulla bağlı tələbələrin sualları cavablandırılıb.