Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov II tədris binasında müxtəlif ixtisasların IV kursunda təhsil alan tələbələrlə imtahanqabağı görüş keçirib.
Tələbələri salamlayan rektor dekan və müəllimlərin iştirak etmədiyi bu görüşdə gənclərə fəal olmalarını, universitetin şərəfinə xələl gətirən qüsurları açıq-aşkar bildirmələrini tövsiyə edib.
Tədbirdə tələbələrin arzu və təklifləri, şikayətləri dinlənilib.
İmtahan sessiyası ilə bağlı məlumat verən rektor tələbələri narahat edən bütün suallara aydınlıq gətirib. O, qeyd edib ki, rəhbərlik bütün imtahanların şəffaf və obyektiv keçirilməsinə çalışır, bunun üçün mühüm addımlar atılır.
Sonda tələbələr rektora təşəkkürlərini bildiriblər.