Gəncə Dövlət Universitetinin fransız dili kafedrası 1999-cu ildən Fransanın Strastvur , Şampan, Frankfurd Universitetləri ilə əməkdaşlıq əlaqələri bağlayıb.Universitetin 11 məzunu Strastvur Universitetində magistratura pilləsində təhsil alıb, kafedranın bütün müəllimləri Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin tanınmış ali təhsil müəssisələrində ixtisasartırma kurslarında olublar.
Bu il kafedranın 2 müəllimi- Yaqut Abbasova və Günel Hüseynova Fransanın Bezanson şəhərinin Franş Komte Universitetinin Tətbiqi Dilçilik mərkəzində təcrübə, təkmilləşdirmə kurslarında olublar. Onlar 15 gün ərzində ixtisasa uyğun seminarlarda iştirak edib, asudə vaxtlarında isə Fransanın məşhur teatr, konsert zallarına, Strasburq və Haut- Doubs regionuna, məşhur “Səfillər” romanın müəllifi Viktor Hüqonun ev muzeyinə, Parisin tarixi abidələrinə baş çəkiblər.
Hicran Məmmədova