Almaniyanın Berlin şəhərində Avropa İttifaqının “Eramus Plus“ proqramının MEDİATS: Təlimin və Cəmiyyətin transformasiyası” layihəsi çərçivəsində Dayanıqlılıq üzrə təlim və layihə idarəetmə görüşü təşkil olunub.
“MEDİATS” layihəsinin davam edən iş paketinə uyğun olaraq beynəlxalq tədbirdə Gəncə Dövlət Universitetinin 2 əməkdaşı, İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov iştirak edib. 2 günlük qısamüddətli tədbirdə Almaniya, İspaniya, Hollandiya, Ukrayna, Gürcüstan və Azərbaycandan olan layihə tərəfdaşları ilə “MEDİATS” layihəsinin dayanıqlılığı və təbliğatına dair fəaliyyətlər müzakirə edilib. Daha sonra layihə tərəfdaşlarının nümayəndələri davam edən iş paketini hazırlayıb təqdim etdilər. Gəncə Dövlət Universitetinin layihə qrupu tərəfindən həyata keçirilən fəaliyyətə dair nəticələr layihənin tərəfdaşları və koordinatorları tərəfindən məqbul hesab edildi.
Adıgedən layihə yekunlaşmazdan əvvəl GDU layihə komandası tərəfindən hələ də bəzi tədbirlərin təşkil olunması planlaşdırılır.