Gəncə Dövlət Universitetində 12 saylı Ərazi Vergilər Departamentinin təşkilatçılığı ilə maarifləndirici görüş keçirilib. Tədbirdə respublikada keçirilən “Shoping festivalı”-“tax free”, nağdsız hesablaşmalar, sabit məbləğin hesablanması, qeydiyyat məsələləri, şəffaf vergi partnyorluğu haqqında ətraflı məlumat verilib. Görüşdə vergi ödəyicilərinin qeydiyyatı, vergi qanunları, əlavə olunan dəyişikliklər kimi məsələlərə də toxunulub.
12 saylı Ərazi Vergilər Departamentinin Vergi Ödəyicilərinə Xidmət və Şəvvaf Vergi Partnyorluğu idarəsinin direktoru Rauf Mirzəyev tələbələri maraqlandıran suallara cavab verib. O, bildirib ki, bu bizim Gəncə Dövlət Universitetinin tələbələri ilə ikinci görüşümüzdür. Əsas məqsədimiz vergi ödəyicilərində vergi mədəniyyətini formalaşdırmaq və onun artırılmasına nail olmaq və vergi qanunvericiliyinin sadələşdirilməsi üçün edilən yenilikləri gənclərə çatdırmaqdır.