Bu gün Gəncə Dövlət Universitetində 12 noyabr- Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunmuş tədbir keçirilb. Universitetin prorektoru Asif Cavadov bildirib ki, əsrlər boyu müstəqillik arzusu ilə böyük mübarizələrdən keçən, ötən əsrin 90–cı illərində tarixi müstəqilliyinə qovuşan xalqın qarşısında taleyüklü məsələlərin həlli dayanmışdı. Dövlət təsisatlarının yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu. Bunu isə, xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək qeyri-mümkün idi. Xalq bu şanlı vəzifəni də uğurla reallaşdırdı.
Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “12 noyabr Konstitusiya günü-tarixi arayış”, ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov “Konstitusiya müstəqil dövlət quruculuğu siyasətində mühüm hüquqi akt kimi” mövzularında məruzə ediblər.
Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, dosent Heydər Kərimov və başqaları çıxış edərək qeyd edblər ki, ali qanunu qəbul etməklə, Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığının, azadlığının və təhlükəsizliyinin bərqərar edilməsinin hüquqi bazasını yaradıb, indiki və gələcək nəsillər qarşısında tarixi məsuliyyətini açıq müstəvi üzərinə qoyub.