Gəncə Dövlət Universitetində kütləvi informsiya vasitələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq dərs” keçirilib.
İdarəetmə kafedrasının fəxri professoru, iqtisad elmləri namizədi Oqtay Məmmədlinin “Sosial-iqtisadi hadisələrin təhlilində mütləq, nisbi və orta göstəricilərdən istifadə edilməsi” mövzusunda keçirdiyi “Açıq dərs” dinləyicilərin marağına səbəb olub. Mövzu elektron vasitələrindən istifadə olunmaqla, aydın, məntiqli şəlikdə dinləyicilərə çatdırılıb.
Universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Fəxrəddin Məmmədov çıxış edərək, dərsin uğurlu keçdiyini, ictimaiyyət nümayəndələri üçün də səmərəli olduğunu bildirib, bu ənənənin davam etdirilməsinin Universitetdə tədrisin keyfiyyətinə yüksək səviyyədə müsbət təsir edəcəyini vurğulayıb.
Hicran Məmmədova