Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini- icra katibi Əli Əhmədovun təşəbbüsü ilə başlanılan Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasına YAP Gəncə şəhər təşkilatının əməkdaşları və partiya fəalları da qoşulublar.
Bu gün ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edən, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyən xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü kimi Gəncə şəhərinin partiya fəalları böyük ruh yüksəkliyi ilə xeyriyə aksiyasında iştirak edib, fondun hesabına vəsait köçürüblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov YAP-ın üzvlərini Azərbaycanın Silahlı qüvvələrinə yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edib.