15 İyun-Milli Qurtuluş Günü münasibəti ilə YAP Gəncə şəhər təşkilatının fəalları növbəti ağacəkmə aksiyası keçirib. Bu dəfə aksiya şəhərin mərkəzi məhəllələrində ayrılmış ərazilərdə aparılıb və orada 50 ədəd həmişəyaşıl və dekorativ ağac əkilib.
Aksiya zamanı partiya fəalları çox böyük ruh yüksəkliyi ilə yeni əkilən ağac tinglərini suvarıb, onlara aqrotexniki qaydada qulluq göstəriblər.
Şəhərin yaşıllıq zolaqlarının genişlənməsinə, ekoloji tarazlığının bərpasına, ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə kampaniyalarının davamlı olaraq şəhərin Yeni Gəncə və Gülüstan qəsəbələrində də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, eləcə də insanlar arasında təbiətə qayğı hissinin güclənməsinə vacib rol oynayacaq.