Sessiyanın məqsədi Gəncə və yaxın regionlardakı QHT-ləri məlumatlandırmaqdan ibarətdir. Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Hüquq və monitorinq komissiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin inkişaf naminə yerli bacarıqların artırılması layihəsi ilə birgə Gəncədə məlumat sessiysı təşkil edib.
Sessiyanın məqsədi Gəncə və yaxın regionlardakı QHT-ləri QHT qanunvericiliyinə edilən son dəyişikliklər barədə məlumatlandırmaqdan ibarətdir.
Məlumat sessiyası Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Hüquq və monitorinq komissiyasının sədri Əliməmməd Nuriyev, komissiyanın üzvü Sahib Məmmədov və İYBA layihəsinin hüquq eksperti Pərvanə Bayramova tərəfindən aparılıb. Sonda QHT nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Mənbə:ganjanews.az