Gəncədə pauerliftinq idman növü üzrə paralimpiaçıların respublika çempionatı keçirilib.
“Təhsil” RİM-nin Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbində baş tutan çempionatda respublikanın müxtəlif şəhər və rayonları təmsil olunublar. Yarışda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Zaqatala, Füzuli, Şamaxı, İsmayıllı, Qax, Saatlı və Qazax komandaları mübarizə aparıblar. Birincilik uğrunda ümumilikdə 36 idmançı mübarizə aparıb. 10 nəfərlə yarışa qatılan Gəncə komandası çempionatın qalibi olub.
Gəncə idmançılarının nəticələri aşağıdakı kimidir:
1. Atakişiyev İbrahim Sakit oğlu: 80 kq çəki dərəcəsində I yerin sahibi
2. Babacanov Əli Sahib oğlu: 88 kq çəki dərəcəsində I yerin sahibi
3. Babacanov Nurlan Sahib oğlu: 97 kq çəki dərəcəsində I yerin sahibi
4. Vəliyev Asif Məzahir oğlu: 67 kq çəki dərəcəsində I yerin sahibi
5. Namazov Namaz Şirəli oğlu: 59 kq çəki dərəcəsində II yerin sahibi
6. Kazıməv Mikayıl Rafiq oğlu: 65 kq çəki dərəcəsində II yerin sahibi
7. Verdiyev Ceyhun Gürşad oğlu: 72 kq çəki dərəcəsində II yerin sahibi
8. İsmayılov Vüsal Azər oğlu: 80 kq çəki dərəcəsində II yerin sahibi
9. Qasımov Məhərrəm Vahid oğlu: 100 kq çəki dərəcəsində II yerin sahibi
10. Atakişiyev Samir Süliddin oğlu: 107 kq çəki dərəcəsində III yerin sahibi.