Gəncədə ‘Gənc Sahibkar Qadınlar’ layihəsinin ilk təlimi keçirilib

Gəncədə Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc Sahibkar Qadınlar” adlı layihənin ilk təlimi keçirilib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədov, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Rəşad Əlizadə, Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə və gənclər iştirak edib.

Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədov tədbir iştirakçılarını salamlayaraq Nizami yurdunda onlara olan diqqət və qayğıdan danışıb. Kənan Məmmədov Gəncə şəhərində istifadəyə verilən bir sıra obyektlər haqqında geniş məlumat verib.

Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev dövlətin hər zaman sahibkarlara olan diqqət və qayğısından danışıb.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Rəşad Əlizadə, Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə layihənin icrasında hər bir dəstəyi göstərə biləcəklərini vurğulayıblar.

Layihənin əsas məqsədi Gəncə, Qazax, Tovuz və ətraf regionlarda yaşayan gənc xanım tələbələrə iqtisadi biliklər vermək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün praktiki təlimlər keçməkdir.

Qeyd edək ki, layihə çərçivəsində “Sahibkar qadın”, “Azərbaycanda sahibkarlıq”, “Gənc Sahibkar” və s. kimi təlim və seminarlar təşkil olunacaq.

Cəmilə Kərimova :