Prezident İlham Əliyev “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 5 fevral tarixli sərəncamına dəyişikliklər edib.
Dəyişikliklərə əsasən, “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı”nın 2-ci hissəsində “Binaların sayı, ədəd” və “Sayı ədəd” sütunlarında “35” rəqəmləri “40” rəqəmləri ilə, “İstismara yararsız liftlərin sayı, ədəd” sütununda “75” rəqəmləri “83” rəqəmləri ilə əvəz edilib.
Bu məqsədlərə 5,48 mln. manat yönəldiləcək.
Dəyişikliklərin mətni dövlət başçısının saytında dərc olunub.
Xəbər verildiyi kimi, prezident İ.Əliyev Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində rayon icra hakimiyyətlərinə 40 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.*